Sevinjvaliyeva's Instagram Audience Analytics and Demographics

@sevinjvaliyeva

Azerbaijan

Social Media Specialist, Content Creator & Fashion Enthusiast ✉️ Telegram channel ⬇️
val▓▓▓▓▓@gmail.com
Azerbaijan

Business Category

-

StarNgage Profile

Free Promotion Count

0

Paid Campaign Count

0

Get Our Influencer Rate Card Today!

A brand new way for you to compare the rates of influencers across the world.

Learn More

PROFILE OVERVIEW OF SEVINJVALIYEVA

Average engagement rate on the posts is around 12.20%. The average number of likes per post is 395 and the average number of comments is 16.

Check sevinjvaliyeva's audience demography. This analytics report shows sevinjvaliyeva's audience demographic percentage for key statistic like number of followers, average engagement rate, topic of interests, top-5 countries, core gender and so forth.

Followers
3,360
Avg Likes
395
Avg Comments
16
Posts
257
Global Rank
644,780
Country Rank
-
Category Rank
-

GENDER OF ENGAGERS FOR SEVINJVALIYEVA

Female
0 %
Male
0 %

RECENT POSTS

491 17

Kiçik gəzintidən kofem, isti şokoladım və şaxtadan donmuş mən. 🤍

399 34

Kanalda Casio-dan bu saatı paylaşanda əla geridönüşlər aldıq. 🤍 Odur ki, bu gün istəyirəm, bəyəndiyim saat brendlərindən yazım. Qəşəng, münasib qiymətli saat axtarışında olanlara da kömək olmuş olar deyə düşünürəm: @larssonjennings — Dünən bu post üçün araşdırma edəndə rastıma çıxdı. Və çoxdandır, oxşarını axtardığım Rolex Datejust 41 (gold/silver) saatının çox oxşarını bu brenddə tapdım. Ümumilikdə isə demək olar ki, əksər saatları qəşəngdir. 👌 Tommy Hilfiger — Tommy-nin qəşəng “masculine” saatları var, hətta 3-4 il öncə mən də birini almışam. Amma di gəl ki, o vaxtlar rose gold hype-ına düşüb rəngi rose gold seçmişdim, peşmanam. 😬 Hələ də sevərək istifadə edirəm, amma düzünü desəm, rəngi üçün çox da ürəyim getmir. Kaş ki, eyni saatın gold rəngini alardım. @skagendenmark — Klassik, gold bilərzikli saatları var. Bu brendi Bakıda da tapa bilərsiniz. Keyfiyyəti haqda ətrafdan yaxşı review-lar eşitmişəm. @bredastudio — Xarici influencerləri çox izləyirsinizsə, yəqin ki, bu brend rastınıza çıxıb. Xüsusilə @taylorlashae ilə birlikdə saat kolleksiyası çıxarandan sonra daha da məşhurlaşdı. Məncə, qeyd etdiyim brendlər arasında ən fərqli saatlar buradadır. @danielwellington — 10 ildir yaranmasına baxmayaraq DW 5-6 il öncə məşhurlaşdı və bir çox bu tərzdə saat brendinin yaranmasında da tramplin oldu. Əksər saatları zamansızdır, amma ən çox Petite Bristol saatı üçün ürəyim gedir. ✨ @rosefield — The Boxy, The Octagon saatlarını bəyənirəm. 🤤 @cluse — La Tétragone saatı əladır. Limit (@asos-da satılır) — Bu brenddən vintaj tərzində gold bilərzikli 2 saat bəyəndim. Qiymətləri də çox münasibdir: 25-35£. Həmçinin review-lar da ürəkaçandır. @paulvalentine — Gold/silver saatları qəşəngdir. Bəs sizin saatlarını ən çox bəyəndiyiniz marka hansıdır? 🤍 Yazın, birlikdə yenilərini də kəşf edək. 🤗

315 3

2021-ci ildə daha gözəl, daha çox qürublar və “golden hour”lar görmək ümidilə ✨

504 19

İdman dəstləri (sweatshirts/hoodies+sweatpants) 2020-ci ilin ən çox gündəmdə olan geyimlərindən oldu və belə görünür ki, hələ uzun müddət də gündəmdə qalacaqları gözlənilir. Təbii ki, #athleisure trendinin əsas səbəblərindən biri də pandemiya, remote iş rejimi oldu. Dünən oxuduğum bir məqalədə rast gəldim ki, The NPD Group (Amerikada bazar araşdırması üzrə şirkət — dünya üzrə 8-ci) proqnoz verib ki, bu bayram mövsümündə ümumi geyim alış-verişinin 31%-nin məhz sweatshirt və sweatpants-lər olacağı gözlənilir. Sizin belə dəstlərə münasibətiniz necədir? Belə dəstləri geyib bayıra çıxmaq, işə getmək sizin üçün əlverişlidirmi? 🤔 Mənim fikrimi soruşsanız, bu dəstlərin heç gündəmdən getməsini istəmirəm. Trendlərin bizə rahatlığı diktə etməsi çox ürəyimcədir. Üstəlik, məncə, çox tərzli görünürlər. Üzərimdə olan @beyyoglu sweatpants-in hoodie-sini də almışam, birlikdə geyəcəyim günü səbirsizliklə gözləyirəm. 😂 Hətta gözümü kəsdirdiyim bu cür bir neçə dəst də var. Yeri gəlmişkən, Telegram kanalımızın ən son postunda ən qəşəng sweatshirt və sweatpants dəstlərini sizin üçün araşdırıb paylaşmışıq. Nəzərdən keçirməyinizi tövsiyə edirəm. 🤍

206 5

🖤

525 33

Bu fotolar 2-3 həftə öncə çəkilib. İndi isə 2 həftəlik sosial izolyasiyadayam və Covid-19 ilə mübarizə aparıram. Bəli, keçən həftənin 5-ci günü Covid-19 testi verdim və təəssüf ki, pozitiv çıxdı. Ümumilikdə isə simptomları özümdə keçən həftənin əvvəlindən hiss etməyə başlamışdım. Necə başladı? Bir az danışım. İlk gün təngnəfəs olduğumu xatırlayıram. Düşündüm ki, bu, uzun müddət piyada gəzməyimlə bağlı ola bilər. Artıq növbəti gündən burun axması və tutulması, yüngül baş ağrıları, axşamlar 37.2, 37.3 qızdırma, yorğunluq və halsızlıq hiss etməyə başladım. Bir neçə gündür isə iybilmə hissim də tamamilə itib. Elə keçən həftənin 1-ci günündən bu yana özümü izolyasiya etdim və bayıra çıxmadım. 5-ci gün isə çoxlu axtarışlarım sayəsində normal qiymətə test götürən - yalnız Gazelli Lab-i tapdım və orada test verdim. Çox təəssüflə qeyd etmək istəyirəm ki, hal-hazırda yoluxma inanılmaz dərəcədə çox olduğu üçün (statistika həqiqəti əks etdirmir, yoluxma bəlkə də ikiqat çoxdur) dövlət ödənişsiz şəkildə demək olar ki, heç bir vətəndaşdan test götürmür. Əgər test vermək şansınız yoxdursa, sizə simptomları hiss etdiyiniz halda tövsiyəm o ola bilər ki, özünüzü ən azı 1 həftə, mümkündürsə, 2 həftə izolyasiya edin. Sahə həkiminizlə əlaqə saxlayaraq müalicə üçün ondan da dərman və vitamin tövsiyələri ala bilərsiniz. Son olaraq mən necə mübarizə aparıram, ondan danışım. Mən özümü getdikcə daha yaxşı hiss etməyə başlayıram. Bu günlər ərzində isə həkimin mənə yazdığı vitamin və dərmanlarla müalicə alıram. Və təbii ki, qidalanma. Qidalanmama həmişə xüsusi diqqət etmişəm, amma hazırkı vəziyyət məndən daha da diqqətli olmamı tələb edir. Rasionumda aşağıdakı qidaları daha da çoxaltmışam: vitamin C-nin miqdarı çox olan qidalar (qreyfrut, portağal, brokkoli və s.); qırmızı ət; balıq; yumurta; süd məhsulları; meyvə-tərəvəz. Elə həmişə qidalanmama diqqət etdiyim və təbii ki, bədənimin cavan olduğu üçün xəstəliyi bir az yüngül keçirdiyimi düşünürəm. Heç vaxt idman etməyi sevməmişəm, amma artıq sağaldıqdan sonra idmanı da həyatıma mütləq daxil edəcəm. Mənim demək istədiklərim bu qədər idi… Əgər unutduğum bir məqam varsa və sizin xəstəliklə bağlı hər hansısa bir sualınız varsa, yazın, gəlsin.

406 2

Köhnələrdən 🌊

388 15

Diqqət etdim ki, Ray-Ban Original Wayfarer (RB2140) alandan sonra əlim başqa eynəklərə getmir, çünki hər tərzlə uyğunlaşır. Elə bilirəm ki, başqa eynək taxsam, tərzim tamamlanmayacaq. 😎 Original Wayfarer Ray-Ban-in və ümumiyyətlə indiyə qədər istehsal olunmuş ən məşhur eynəklərdən biridir. Məndə olan 50 mm ölçüsüdür. Bu eynəyin 54 mm ölçüsü də var. Ümumiyyətlə, Ray-Ban tərzi heç vaxt keçməyən, ən zamansız eynəklər istehsal edir. 👌 Qiymət siyasətləri də dizayner eynəkləri ilə müqayisədə daha münasibdir. Fotonu sola çəkərək son vaxtlarda bəyəndiyim bəzi eynəkləri (hamısı unisex-dir) görə bilərsiniz: Ray-Ban Signet RB3429M — Signet modelinin vintaj versiyasını (W1396 rectangle) bir neçə ay öncə Dolap tətbiqetməsindən almışdım. Signet Ray-Ban-in ən məşhur modellərindən biridir, 1953-cü ildən bəri istehsal olunur. Mənim aldığım model 24K gold plated-dir, yəni çərçivəsi qızıl ilə örtülüdür. Bəxtəbəxt çox az istifadə olunmuşunu münasib qiymətə almışdım. W1396 modelinin istehsalı dayandırılıb, onu növbəti postlarımda görəcəksiniz. Amma bu modeli də çox bəyənirəm. 🤍 Ray-Ban Marshal RB3648 — Bottega Veneta-nın Aviator eynəklərinə çox bənzəyir. O eynəyin çox əla, daha aşağı qiymətli oxşarıdır. Ray-Ban Clubmaster RB3016 — Bu eynək də “Ray-Ban”in statement eynəklərindən biridir. Retro görüntüsünü bəyənirəm, fotosunu qoyduğum variant tortoise rəngidir, şüşəsi isə klassik Ray-Ban şüsəsi rəngindədir, yəni tünd yaşıl. Ray-Ban Round Metal RB3447 — Bu eynəklər mənə John Lennonu xatırladır. Yenə də klassikadır. Ray-Ban RB3595 — Marshal modelinə çox bənzəyir, amma aşağı hissələri fərqlidir. Bottega Veneta Hexagonal logo-engraved aviator metal eynək — Son illərin ən məşhur və trenddə olan eynəklərindən biridir. Çox, çox bəyənirəm! 🤎 Son iki eynək isə Gentle Monster brendinin Kris Wu ilə əməkdaşlığındandır. Bu kolleksiya bu il iyunda satışa çıxarılıb. Brendin eynəklərini ümumilikdə bəyənsəm də, bu kolleksiyadakı bu 2 eynəyi xüsusilə bəyəndim. 1-cinin dizaynı fərqlidir. İkisi də Balenciaga-ya bənzəyir. 👌 Ümumilikdə vintaj Chanel, YSL və Versace, Old Céline və Tom Ford eynəklərini çox bəyənirəm. 🖤

299 2

1912-ci ildə inşa edilmiş Azərbaycan Bəstəkarlar İttifaqının binası 🤍

481 41

Ətək geydiyim o nadir günlərdən biri… 😎 Rahatlıq baxımından əksər vaxtlarda şalvara üstünlük versəm də, bu il Levi’s-dan 2 cins ətək aldım - High-rise deconstructed skirt. Bu ətəyin tünd denim və kömür qarası rəngdə (əynimdə olan) olmaqla 2 rəngini almışam. 🖤 Beli hündürdür, 100% pambıqdır, Levi’s-ın premium xəttindəndir və parçaları kifayət qədər qalındır. Hərdən fərqlilik olsun deyə geyməyi düşünürəm. 😬 Ölçüyə gəldikdə isə ətəklərin ölçüləri Levi’s-ın cins şalvarlarından fərqlidir. Cins şalvarlarda 26-27 ölçü geysəm də, ətəklərdə 25 ölçü aldım. Qeyd edim ki, məhz bu ətəklərin ölçüləri 25-dən başlayır. Bəs siz necə? Daha çox ətəyə, yoxsa şalvara üstünlük verirsiniz? 🤗

398 24

Son 2 ayın ən sevdiyim ayaqqabısı - Converse Chuck 70 high top. 🖤 Bu, klassik Converse-in premium versiyasıdır, dabanı daha hündür, ipləri və parçası daha qalın, rezininin rəngi dümağ yox, vintaj bej rəngidir və azca da parlaqdır. Boğazındakı dairəvi loqo detalı dəridəndir və arxasındakı loqolu rezin də həmçinin qaradır. İçliyi “cushion”lıdır, yəni yumşaqdır və çıxarıla bilir (klassik Converse içliyi çıxarıla bilmir). Bu sneakers-in məndə həmçinin boğazsız variantını (bej) da görmüsünüz, o mənim ayaq sümüyümün arxa hissəsini vurduğu üçün çox narahat idi və tez-tez geyə bilmirdim. Uzunboğaz isə rahatlıqda məni çox təəccübləndirdi, geydiyim ilk gündən bəri ayağımı 1 dəqiqə belə vurmayıb. 🤍 Sadəcə qalın və kobud corabla geyməyə diqqət edin, nazik corabı cırmaq kimi pis xasiyyəti var. Düşünürəm ki, uzunboğazın parchment (ekru/bej) rəngini də çox tezliklə almalıyam. 😬 Çünki bu dəqiqə gözümdə Converse qədər hər tərzə uyğunlaşan və cool görünən idman ayaqqabısı yoxdur. Converse-in məhz bu modelini rəsmi USA saytından, həmçinin Nordstrom, Urban Outfitters, Asos, www.office.co.uk kimi saytlardan ala bilərsiniz. Məndə olan qara rəngidir, amma onlarla müxtəlif rəngləri var. 👌 Converse ilə bağlı maraqlananlar çox olmuşdu, ona görə də fikirlərimi qeyd etdim. Əlavə suallarınızı bu fotonun altına yaza bilərsiniz. 🤗

263 2

🖤

PEOPLE ALSO VIEWED

Looking for the next influencer in Azerbaijan to work with?
Have you considered to work with the following influencers?

27.2K
-
0.02 %
Azerbaijan
26.9K
-
-
Azerbaijan Children, Shopping
19.9K
-
-
Azerbaijan
89.2K
-
-
Azerbaijan
117.7K
-
-
Azerbaijan
209.3K
-
-
Azerbaijan
41.6K
-
-
Azerbaijan
114K
-
5.10 %
Azerbaijan
13K
-
-
Azerbaijan
30.2K
-
-
Azerbaijan
45.7K
-
0.50 %
Azerbaijan
91K
-
0.40 %
Azerbaijan
14.6K
-
-
Azerbaijan Art, Beauty, Styling
12.2K
-
4.30 %
Azerbaijan DJ, Music
81.6K
-
0.80 %
Azerbaijan