Dr_arzu_badalova's Instagram Audience Analytics and Demographics

@dr_arzu_badalova

Azerbaijan

💁🏻 Sağlam qadın, sağlam gələcək ☎️ 050 -394 -11-71 📌 Bakı şəhəri
inf▓▓▓▓▓@drarzu.az
+99▓▓▓▓▓71
Azerbaijan
18–24

Business Category

Personal Goods & General Merchandise Stores

StarNgage Profile

Free Promotion Count

0

Paid Campaign Count

0

Get Our Influencer Rate Card Today!

A brand new way for you to compare the rates of influencers across the world.

Learn More

PROFILE OVERVIEW OF DR_ARZU_BADALOVA

14.3% of dr_arzu_badalova's followers are female and 85.7% are male. Average engagement rate on the posts is around 0.10%. The average number of likes per post is 50 and the average number of comments is 4.

Check dr_arzu_badalova's audience demography. This analytics report shows dr_arzu_badalova's audience demographic percentage for key statistic like number of followers, average engagement rate, topic of interests, top-5 countries, core gender and so forth.

Followers
27,383
Avg Likes
50
Avg Comments
4
Posts
107
Global Rank
-
Country Rank
-
Category Rank
-

GENDER OF ENGAGERS FOR DR_ARZU_BADALOVA

Female
14.3 %
Male
85.7 %

AUDIENCE INTERESTS OF DR_ARZU_BADALOVA

  • Beauty & Fashion 84.97 %
  • Fitness & Yoga 48.88 %
  • How-to & Style 46.69 %
  • Home & Garden 35.02 %
  • Art & Design 35.02 %
  • Music 35.02 %
  • Business & Careers 26.89 %
  • Pets 26.89 %
  • Restaurants, Food & Grocery 26.89 %
  • Entertainment 26.89 %
  • Movies and TV 26.89 %

RECENT POSTS

111 23

Sonsuzluq, nizamlı bir şəkildə 1 il əlaqəyə girilməsinə baxmayaraq heç bir qorunma üsulu istifadə etmədən olmayan hamiləliklərə deyilir. Gənc cütlüklərdə müalicə üçün gözləmə müddəti daha uzun ola bilər. Lakin qadının yaşı 35 və ondan çoxdursa müalicə dərhal başladılmalıdır. Hamiləliyin olması üçün həftə də ən az bir dəfə cinsi əlaqə olmalıdır. Cinsi əlaqə nə qədər seyrək olsa hamiləlik şansı o qədər az olar. Suallarınız üçün 📩 səhifənin direkti və yaxud WhatsApp 👇 📲 050 394 11 71 @dr_arzu_badalova #bakuazerbaijan #ginekoloq #ginekoloqazrubadalova #yaxma #vaginoplastika #hamilelik #tebiidog

69 8

Son zamanlar evli cütlüklərin qarşılaşdığı problemlərdən biri də sonsuzluqdur. Mütəmadi intim əlaqə zamanı bir il müddətinə hamiləlik olmasa, sonsuzluq haqda düşünmək və ər-arvadın müayinəsinə başlamaq lazımdır. Sağlam ər-arvad cütlüyünün 30%-də hamiləlik ilk üç ayda, 60%-də yeddi ayda, 10%-də isə on bir və on ikinci aylarda baş verir. Bir il cütlüyün sonsuz olub-olmamasını müəyyənləşdirmək üçün kifayət zamandır. Sonsuzluğun formaları onu yaradan səbəblər kimi müxtəlifdir. Qadın sonsuzluğu strukturunda "ilkin" və "sonrakı" sonsuzluq anlayışı da mövcuddur. Əgər qadın heç vaxt hamilə qalmayıbsa, bu, ilkin sonsuzluqdur. Əgər qadında heç olmasa, bir hamiləlik olubsa, onun nə ilə nəticələndiyindən asılı olmayaraq, bu sonrakı sonsuzluqdur. Əgər sonsuz nikahın səbəbi qadın orqanizmindəki pozğunluqdusa, bu qadın sonsuzluğu sayılır. Kişi sonsuzluğu halında isə sperma aşağı mayalanma qabiliyyətinə malik olur. Bunlardan əlavə, kişi və qadın sonsuzluğunun birləşməsi "kombinə olunmuş" sonsuzluq hesab edilir. Sonsuzluq tam sağlam ailələrdə də baş verir. Bu hal izah olunmayan və ya iliopatik sonsuzluq adlanır. Suallarınız üçün 📩 səhifənin direkti və yaxud WhatsApp 👇 📲 050 394 11 71 @dr_arzu_badalova #bakuazerbaijan #ginekoloq #ginekoloqazrubadalova #yaxma #vaginoplastika #hamilelik #tebiidog

67 6

Amerika Hamiləlik Asossiasiyasının verdiyi məlumata görə 50% qadın hamiləlikdə ürəkbulanmaları, daha dəqiq desək toksikozdan əziyyət çəkirlər. Toksikoz əsasən hamiləliyin ilk trimesterində hormonların bədəndə sürətli artımı nəticəsində baş verir. Bu halın əsas simptomları cüzi və ya şiddətli ürəkbulanma hissinin olması, halsızlıq, iştahasızlıq, qusma halları, bədəndə susuzlaşma, başgicəllənmələri və s. müşahidə oluna bilər.  Tibb sahəsinin mütəxəssisləri toksikozu öncədən təyin edə bilməsələr də, risk altında olan qadınların əlamətlərini qeyd edirlər: — Artıq çəkiyə malik olan — Müxtəlif allergiyalardan əziyyət çəkən — Hamiləlikdən öncə müəyyən növ pəhriz (vegeterian, laktozsuz, qida dözümsüzlüyü və s.) saxlayan — Erkən hamiləlik yaşayan Qeyd edək ki, həkimlər hamilə qadınlara müxtəlif rahatladıcı üsullar təklif etsələr də, toksikozun mürəkkəbliyi ondan ibarətdir ki, bir qadın üçün təsirli olan digərinə uyğun gəlmir, bəzi hallarda isə ümumiyyətlə heç bir üsul təsir göstərmir. Toksikozdan əziyyət çəkən hamilələrə aşağıdakıları etməmək tövsiyə olunur: ✔️Yeməkdən sonra uzanmaq ✔️Yemək vaxtını ötürmək ✔️Yemək bişirmək ✔️ Acı və ədviyyatlarla zəngin qida qəbul etmək Suallarınız üçün 📩 səhifənin direkti və yaxud WhatsApp 👇 📲 050 394 11 71 @dr_arzu_badalova #bakuazerbaijan #ginekoloq #ginekoloqazrubadalova #yaxma #vaginoplastika #hamilelik #tebiidog

52 2

Hamiləlikdə maye qəbulu Hamiləlikdə böyrəkləri işlətmək və qəbzliyin qarşısını almaq üçün bolca maye içilməlidir. Ən yaxşı içəcək sudur. Bu səbəblə hamiləlikdə istədiyiniz qədər bol su içməlisiniz. Gündə 6-8 stəkan su içilməsi məsləhətdir.  Çay,kofe, kakao-bunların üçünün də tərkibində olan kofeinin həzm sisteminə bəzi zərərləri var.  Kofein tərkibli içkiləri gündə 3 stəkandan artıq içməyin. Əvəzində təzə sıxılmış meyvə sularına üstünlük verin. Suallarınız üçün 📩 səhifənin direkti və yaxud WhatsApp 👇 📲 050 394 11 71 @dr_arzu_badalova #bakuazerbaijan #ginekoloq #ginekoloqazrubadalova #yaxma #vaginoplastika #hamilelik #tebiidog

40 4

Sonsuzluq- evli cütlüyün 1 il müddətində qorunmadan, müntəzəm cinsi əlaqədə olmasına baxmayaraq hamiləliyin olmamasıdır. Sonsuzluq tək fərdin deyil, bir ailənin problemidir. Sonsuzluq müddəti, 1-cili veya 2-cili olması, sperma analizi və qadın yaşı ən önəmli faktorlardandır. Sonsuzluğun 1/3-i kişi, 1/3-i qadın 1/3-də isə həm kişi, həm qadın səbəbli olur.Günümüzün reallığında hamiləlik olmadığı zaman ilk müraciət edilən ginekoloqlardır, sonsuzluqda kişi faktorunun 30-40 % olduğunu nəzərə alsaq kişilərin də bu mövzuda nə qədər önəmli olduğunu görürük. Övlad sahibi olmaq üçün xərclənən maddi, uzun müddətli müalicələr, itirilmiş vaxt və.s nəzərə alınmalıdır. Sonsuzluq şikayəti zamanı kişi və qadın eyni zamanda, qadın ginekoloq, kişi isə uroloq-androloq tərəfindən müayinə edilməlidir. Suallarınız üçün 📩 səhifənin direkti və yaxud WhatsApp 👇 📲 050 394 11 71 @dr_arzu_badalova #bakuazerbaijan #ginekoloq #ginekoloqazrubadalova #yaxma #vaginoplastika #hamilelik #tebiidog

51 2

1.Müalicə hər bir halda fərdi olmalıdır, yəni həkim ilk növbədə xəstədə sonsuzluğun səbəblərini müəyyən etməli və yalnız bundan sonra onun müalicəsi üçün xüsusi müalicə sxemi hazırlamalıdır. 2.Müalicə hər bir halda kompleks şəkildə aparılmalıdır, yəni müalicə sxeminə həm əsas dərman preparatları (xəstəliyin səbəbindən asılı olaraq), həm də köməkçi preparatlar (vitamin və mineral kompleksləri, immunomodulyatorlar və s.) daxil edilməlidir. 3.Müalicə kifayət qədər uzun müddət ərzində aparılmalıdır. Belə ki, spermatozoidlərin yetişməsi prosesi təxminən 74 gün davam etdiyi üçün, kurs müalicəsi də bu rəqəmə yaxın müddət ərzində aparılmalıdır. Əks təqdirdə patoloji spermanın sağlam sperma ilə əvəz olunması baş tutmaya bilər. 4.Spermoqrammanın təkrar müayinəsi isə kurs müalicəsindən təxminən 4-6 həftə sonra aparılmalıdır. Bu, aparılan müalicədən sonra sağlam halda olan xayalar tərəfindən yeni spermatozoidlər kütləsini hazırlamaq üçün müəyyən bir vaxt keçməsi ilə əlaqədardır. Bu halda, spermoqramma göstəricilərinin əvvəlki spermaya deyil, yeni sağlamlaşan spermaya aid olmasına əmin olmaq olar. 5.Müalicə 6 aydan artıq davam etməli deyil: əgər aparılan bir-iki müalicə kursu nəticəsində lazımi effekt əldə edilməyibsə, sonrakı müalicə kursları, adətən, effektsiz olur. Bu halda həkim xəstəyə hər hansı bir müvafiq süni mayalanma üsulunu təklif edə bilər. 6.Spermanın göstəriciləri yaxşılaşdığı halda isə, hamiləliyin baş tutması üçün çox gözləmək də lazım deyil. Əfsuslar olsun ki, bir çox hallarda alınan müsbət nəticələr çox da davamlı olmur. Belə ki, bir müddət keçdikdən sonra spermanın göstəriciləri əvvəlki keyfiyyətsiz hala qayıda bilər. Suallarınız üçün 📩 səhifənin direkti və yaxud WhatsApp 👇 📲 050 394 11 71 @dr_arzu_badalova #bakuazerbaijan #ginekoloq #ginekoloqazrubadalova #yaxma #vaginoplastika #hamilelik #tebiidog

36 3

Qadın sonsuzluğu Analıq sevinci - hər qadının təbiətin özü tərəfindən qoyulmuş ən əhəmiyyətli tələbatlarından biridir. Amma dünya səhiyyənin statistikasına görə, bu və ya digər səbəblərə görə bütün cütlüklərin təxminən 15%-i uşaq dünyaya gətirə bilmirlər. Bunun səbəbi qadın və kişi sonsuzluğu ola bilər, lakin 60%-dən çox hallarda səbəb qadın orqanizmindəki problemlərdə olur. Qadın sonsuzluğu bir sıra xəstəliklər və pozğunluqlardan yarana bilər. Suallarınız üçün 📩 səhifənin direkti və yaxud WhatsApp 👇 📲 050 394 11 71 @dr_arzu_badalova #bakuazerbaijan #ginekoloq #ginekoloqazrubadalova #yaxma #vaginoplastika #hamilelik #tebiidog

55 3

Hamiləliyin 40-cı həftəsi 40-cı həftədə ana özünü necə hiss edir? Ana 12-16 kq çəki topladıqdan sonra, nəhayət, çəki artımı dayanır və doğuşa qədər bu çəkini saxlayacaq. Qarnın dərisi o dərəcədə dartılıb ki, Sizdə mütəmadi olaraq qaşınma hissi yaranır. Hamiləliyin 40-cı həftəsində selikli tıxac çıxır, sancılar baş verir. 40-cı həftədə anaları iki məsələ narahat edir: 1) Körpə niyə hələ doğulmayıb? 2) O, doğulmağa başlasa, neyləməli? Sakit olun. Körpəniz doğuşa fizioloji və psixoloji cəhətdən hazır olduqda dünyaya gələcək. Gələcək anadan az narahatlıq çəkməyən bütün qohumlar da sakitləşməlidirlər. İkinci doğuş Beləliklə, hamiləliyin 40-cı həftəsində ikinci doğuş birinci doğuşdan fərqlənəcək. Bunu Sizə hər bir ginekoloq deyəcək. Amma onun müddətini dəqiq təyin etmək mümkün deyil. İkinci doğuş zamanı uşaqlıq boynu daha tez açılır, çünki orqanizm artıq bir dəfə «bu yolu keçib». Bununla əlaqədar olaraq, sancı müddəti də ilk dəfəkindən daha qısa olur. Körpə özünü necə hiss edir? Körpə bütünlüklə uşaqlığı tutur, onun hərəkətləri ləngiyir, fəallığı üçün yer qalmır. Körpənin çəkisi indi 3,2–3,8 kq, boyu isə 50–52 sm-dir. Bunlar əsl doğuş parametrləridir. Qızlar daha az çəki ilə doğulsalar da, boyu oğlanlardan daha uzun ola bilər. Körpə bətninizdə olarkən qaranlıqdan, son həftələrdə isə həm də darısqallıqdan yorulub. İndi estrogenin böyük miqdarda olması səbəbindən onun döş vəziləri bir qədər şişmiş olur – doğuşdan bir neçə həftə sonra hər şey qaydasına düşəcək.  Yeni doğulmuş qızlarda estrogenin yüksək miqdarda olması səbəbindən vaginal ifrazatlar baş verə bilər. Hələ doğulmamış körpələrin bağırsaqlarında ilkin nəcis steril olsa da, dünyaya gələn kimi bağırsaqlarına müxtəlif mikroorqanizmlər dolur. Suallarınız üçün 📩 səhifənin direkti və yaxud WhatsApp 👇 📲 050 394 11 71 @dr_arzu_badalova #bakuazerbaijan #ginekoloq #ginekoloqazrubadalova #yaxma #vaginoplastika #hamilelik #tebiidog

37 6

Artıq bu həftədən başlayaraq, mərkəzi sinir sisteminiz hormonal fonun aktiv şəkildə yenidən qurulmasına başlamışdır. Bu yenidən qurmanın məqsədi Sizin orqanizminizdə yetişməkdə olan 300 000 min (!) yumurta hüceyrəsindən birini mayalanmaya hazırlamaqdır. Bu prosesə 2 həftəyə yaxın vaxt sərf olunur. Ona görə də, bu həftə birinci sayılır: gələcək körpənin obrazı məhz bu dövrdə formalaşır!Bu dövrdə orqanizmin yerinə yetirdiyi iş onun üçün adidir. Çünki, o həddibuluq dövründən başlayaraq, hər ay bu işi yerinə yetirir və ümid etmək olar ki, o, bu dəfə də işinin öhdəsindən gələcək. Yaxşısı budur, orqanizminizə Sizin edə biləcəyiniz yardım haqda söhbət edək.Hələki, Sizin gələcək körpəniz real orqanizm deyil, bir ideya halındadır. Bu ideyanın rüşeyminin bir yarısını isə öz beşiyində yerləşən minlərlə yumurta hüceyrələrindən biri təşkil edir. Ikinci yarısı isə (ata tərəfi), yetkin spermatozoid kimi hələ heç formalaşmamışdır (bu 2 həftədən sonra baş verəcək.Bu şəklə diqqət yetirin. Sizin gələcək körpənizi təşkil edən 100 trilion huceyrənin anası olan yumurta huceyrə bu şəkildədir. Gözəldir, elə deyilmi?Eyni zamanda orqanizmin işi davam edir. Artıq minlərlə yumurta huceyrənin arasında birini lider kimi ayırmaq olar. Adətən bu hüceyrə içərisi maye ilə dolu olan qovuqcuqda yerləşir. Suallarınız üçün 📩 səhifənin direkti və yaxud WhatsApp 👇 📲 050 394 11 71 @dr_arzu_badalova #bakuazerbaijan #ginekoloq #ginekoloqazrubadalova #yaxma #vaginoplastika #hamilelik #tebiidog

47 2

Hamiləlik zamanı bel ağrıları yaranır. Bunun səbəbi nədir? Hamiləlik zamanı yaranan bel ağrılarının bir çox səbəbləri ola bilər. Bu ağrı əsasən beldəki əzələlərin gücə düşməyindən qaynaqlanır. Hamiləlik dönəmində uşaq və cift böyüyür. Beləcə ağırlıq mərkəzi önə doğru yönəlir. Bununla əlaqəli olaraq hamilə qadının duruşu da dəyişir. Qadınların çoxu hamiləliyin son dönəmində arxaya doğru əyilmək məcburiyyətində qalır. Bu da bel əzələlərinin daha çox işləməyinə səbəb olur və onlara güc düşür. Qarın əzələlərinin zəifləməyi də bel ağrısına gətirib çıxarır. Qarın əzələləri onurğa sistemini dəstəkləyir, yəni onurğaya işində kömək olur. Beləcə bel sağlamlığında da böyük əhəmiyyətə malik olmuş olur. Hamiləlik dönəmində bu əzələlər zəifləyə və dartıla bilir. Bu isə öz növbəsində bel ağrılarına səbəb olur Suallarınız üçün 📩 səhifənin direkti və yaxud WhatsApp 👇 📲 050 394 11 71 @dr_arzu_badalova #bakuazerbaijan #ginekoloq #ginekoloqazrubadalova #yaxma #vaginoplastika #hamilelik #tebiidog

43 1

Arzuolunmaz hamiləliyin sonlandırılma üsulları Abort və onun fəsadları haqqında ətraflı və çoxlu müzakirələr daim aparılır. Müasir tibb və teknologiyanın inkişaf etdiyi bir dövrdə hər bir yeniyetməlik dövrünü aşmış insan abortdan qaçılması gərəkdiyini bilir. Buna baxmayaraq bəzən yaranan vəziyyətdən tək çıxış yolu arzuolunmaz hamiləliyi sonlandırmaqdan ibarət olur. Hər bir qadının etdiyi bu seçimində öz müvafiq səbəbləri vardır. Əgər vəziyyət hamiləlikdən abort vasitəsilə qurtulmağa gətirib çıxararsa bunu maksimum ehtiyatla etmək lazımdırki, qadının gələcək sağlamlığına ziyan olmasın.Abort xidməti ginekologiya şöbəsi olan klinikada icra olunur. Arzuolunmaz hamiləliyi sonlandırmaq üçün müvafiq kliniki-labaratoar  müayinələrdən keçmək, hamiləliyi USM-də, qan analizlərində təstiqləmək lazımdır. Hamiləliyin həftəsinə uyğun olaraq həkim mama-ginekoloq hamiləliyin sonlandırılması üçün qadına müvafiq üsulu seçməkdə yardımcı olur.Hamiləliyin sonlandırılması üçün əsas 3 üsul vardır: Medikamentoz abort (6 həftəlik hamiləlik müddətinə qədər); Mini-abort (7 həftəlik hamiləlik müddətinə qədər); Tibbi (cərrahi) abort (6-12 həftəlik hamiləlik müddətində). Hamiləliyin sonlandırılması qərarı alındıqdan sonra onun sonlandırılmasını yüksək ixtisaslı mütəxəssis həkimlərə etibar etmək lazimdırki, gələcəkdə qadının sağlamlığı, reproduktiv funksiyası zərər görməsin. Hamiləliyin kriminal yollarla sonlandırılması qadın sağlamlığına ciddi ziyanlar vura bilər. Suallarınız üçün 📩 səhifənin direkti və yaxud WhatsApp 👇 📲 050 394 11 71 @dr_arzu_badalova #bakuazerbaijan #ginekoloq #ginekoloqazrubadalova #yaxma #vaginoplastika #hamilelik #tebiidog

31 3

Sonsuzluq, nizamlı bir şəkildə 1 il əlaqəyə girilməsinə baxmayaraq heç bir qorunma üsulu istifadə etmədən olmayan hamiləliklərə deyilir. Gənc cütlüklərdə müalicə üçün gözləmə müddəti daha uzun ola bilər. Lakin qadının yaşı 35 və ondan çoxdursa müalicə dərhal başladılmalıdır. Hamiləliyin olması üçün həftə də ən az bir dəfə cinsi əlaqə olmalıdır. Cinsi əlaqə nə qədər seyrək olsa hamiləlik şansı o qədər az olar. Kişi sonsuzluğu ümumiyyətlə sperma sayı və keyfiyyətinə görə meydana gələr. Sperma kanallarında olan bağlılıqlar da sonsuzluq səbəbidir. Sperma zəifləməsinə bir çox faktor səbəb ola bilər. Kişinin peşəsi, təkrarlanan vərdişləri, həddindən artıq stress sperma sayını salaraq sonsuzluğa səbəb olar. Kişilərdə sonsuzluq səhifəmizdə səbəblərə ətraflı toxunacağıq, ancaq qısaca spermaları zəiflədəcək bir neçə səbəb belədir: Həmişə oturmaq.Həddindən artıq istidə işləmək.  Siqaret istifadə etmək.Spirt istifadə etmək.Kimyəvi maddələrə məruz qalmaq.Sıx stress.Həddindən artıq kilo Suallarınız üçün 📩 səhifənin direkti və yaxud WhatsApp 👇 📲 050 394 11 71 @dr_arzu_badalova #bakuazerbaijan #ginekoloq #ginekoloqazrubadalova #yaxma #vaginoplastika #hamilelik #tebiidog

PEOPLE ALSO VIEWED

Looking for the next influencer in Azerbaijan to work with?
Have you considered to work with the following influencers?

62.7K
-
1.10 %
Azerbaijan
39.3K
-
-
Azerbaijan
117.6K
-
-
Azerbaijan
94.4K
-
0.20 %
Azerbaijan
22.6K
-
0.10 %
Azerbaijan
129.8K
-
6.10 %
Azerbaijan
38.1K
-
0.80 %
Azerbaijan
124.2K
-
0.10 %
Azerbaijan Fitness, Gym, Coaching
23.9K
-
1.20 %
Azerbaijan
2K
30 / post
0.30 %
Azerbaijan Design, Art
58.3K
-
-
Azerbaijan Fashion
52.3K
-
-
Azerbaijan
77.2K
-
0.50 %
Azerbaijan
47.9K
-
5.10 %
Azerbaijan
17K
244 / post
0.01 %
Azerbaijan Art, Photography, Design, Architecture