Chip.az's Instagram Audience Analytics and Demographics

@chip.az

Azerbaijan

Chip.az texnologiya aləmində baş verən ən son yenilikləri yayımlayan yerli texnoloji saytdır. #texnoloji #xəbər
off▓▓▓▓▓@chip.az
+99▓▓▓▓▓86
Bukhta-Ilicha
Azerbaijan

Business Category

Publishers

StarNgage Profile

Free Promotion Count

0

Paid Campaign Count

0

Get Our Influencer Rate Card Today!

A brand new way for you to compare the rates of influencers across the world.

Learn More

PROFILE OVERVIEW OF CHIP.AZ

Average engagement rate on the posts is around 0%. The average number of likes per post is 14 and the average number of comments is 1.

7.89% of the followers that engaged with chip.az regularly are from Russian Federation, followed by Azerbaijan at 7.89% and Iraq at 5.26%. In summary, the top 5 countries of chip.az's posts engager are coming from Russian Federation, Azerbaijan, Iraq, France, United Arab Emirates.

Chip.az loves posting about Celebrities, Technology, Photography.

Check chip.az's audience demography. This analytics report shows chip.az's audience demographic percentage for key statistic like number of followers, average engagement rate, topic of interests, top-5 countries, core gender and so forth.

Followers
29,215
Avg Likes
14
Avg Comments
1
Posts
531
Global Rank
-
Country Rank
-
Category Rank
-

GENDER OF ENGAGERS FOR CHIP.AZ

Female
0.0 %
Male
0.0 %

AUDIENCE COUNTRIES OF CHIP.AZ

  • Russian Federation 7.89 %
  • Azerbaijan 7.89 %
  • Iraq 5.26 %
  • France 5.26 %
  • United Arab Emirates 5.26 %

RECENT POSTS

7 0

Instaqram vasitəsilə istehsal etdiyi məzmunu ilə pul qazanan bir çox insan var. Instagram, məzmun istehsalçılarını dəstəkləmək və fərqli platformalara alternativ təklif etmək üçün yeni bir hesab yaradıb. Chip.az xəbər verir ki, Instagram fərqli bir platforma sınamaq istəyən məzmun istehsalçıları üçün YouTube-a alternativ yaratmaq üçün yeni bir vasitə istifadə etməyə başlayıb. Platforma, daha fəal olmağa ümid edən insanlar üçün məsləhətlər və tövsiyələr verəcək. İlk addım "creators" adlı xüsusi hesabın açılmağı olub. Hesab "İstifadəçilərin yalnız 60%-ı səsli hekayələri dinləyir" kimi faydalı məsləhətləri bölüşür. Aydındır ki, hesab istifadəçilərin şirkət üçün böyümə sahəsi olduğu düşünülən video yaratmaq üçün tövsiyələr və vasitələrlə tanış olmaq üçün yaxşı bir yol olaraq önə çıxır. Önümüzdəki dövrdə hesabın platformadakı məzmun istehsalçılarına verdiyi faydanı birlikdə görəcəyik.

15 0

Media nəhəngi Facebook, Ray-Ban ilə ağıllı eynəklər bazarına daxil olmağa hazırlaşır. Chip.az xəbər verir ki, şirkət yeni eynəklərinin smartfonları əvəz edə biləcəyinə inanır. Smartfon istehsalçıları daha çox xüsusiyyətləri olan daha qabaqcıl telefonlar istehsal etməyə çalışırlar. Bu şirkətlər bir-biri ilə birbaşa rəqabət aparsalar da, başqa bir şirkət birbaşa ağıllı telefonlarla rəqabət aparacaq bir məhsul hazırlayır. Hazırda Orion adlanan cihaz kiçik ekranlarda məlumat verəcək və insanlara gördüklərini dərhal sosial mediada yerləşdirmək imkanı yaradacaq. Cihazın zəng xüsusiyyətləri və səs köməkçisi də olacaq. Hələ bu xüsusiyyətlərin necə işlədiyinə dair ətraflı məlumat yoxdur. Bu yüksək texnologiyalı eynəklərin bazara daxil olması 2023 və ya 2025-ci ildə olacaq. Facebook şirkətinin direktoru Mark Zuckerberg Orion eynəyinin tamamlanmasına üstünlük verir. Qeyd edək ki, Snapchat-ın da Snap Inc's Spectacles adlı ağıllı eynək layihəsi var idi.

10 0

Bir neçə aydan sonra süni intellektlə təchiz edilən ilk Avropa peykinin buraxılışı planlaşdırılır. Chip.az Ict.az-a istinadən xəbər verir ki, mütəxəssislərin bildirdiyinə görə, Yer səthinin yeni müşahidə peyki məlumatların planetdən və əksinə göndərilməsi üzrə effektivliyi artıra bilər. “PhiSat” adlı inqilabi süni intellekt texnologiyası “FSSCat” missiyasının iki kubsatının (Yerin kiçik ölçülü süni peyki) birində göndəriləcək. Missiya İspaniyanın Kataloniya Politexnik Universiteti tərəfindən təklif edilib və Avropanın şirkət və institutlarının daxil olduğu konsorsium tərəfindən hazırlanıb. İki kiçik kubsat müasir ikiqat mikrodalğalı və hiperspektral optik alətlərdən istifadə edərək məlumatlar toplayacaq. Bundan başqa, onlar peyklərarası rabitə texnologiyası üzrə bir sıra eksperimentlər aparacaqlar. Avropa Kosmik Agentliyi kosmosda süni intellektin potensialının nümayiş olunması üçün missiyanı növbəti səviyyəyə qaldırmaq məqsədilə tərəfdaşlarla birgə “PhiSat” texnologiyasının hazırlanması üzərində işi davam etdirir. Kosmik gəmi kosmosda süni intellektə malik ilk Avropa aparatı olacaq. Kubsatlar Yer kürəsinin şəkillərinin çəkilməsi ilə məşğul olacaqlar. Onların bəziləri isə, bulud örtüyünə görə tədqiqatlar üçün əlverişsiz olacaq. Bu korlanmış təsvirlərin Yerə ötürülməsinin qarşısının alınması üçün süni intellektə malik çip onları filtrdən keçirərək ən yaxşılarını seçəcək. Çox güclü alət terabaytlarla məlumat toplayacaq. Onlardan gələcəkdə, məsələn, bitki örtüyündəki dəyişikliklərin monitorinqi və suyun keyfiyyətinin qiymətləndirilməsi üçün istifadə olunacaq.

9 0

YouTube, uşaqlara məxsus bir veb sayt üçün qollarını yuvarlatdı. Şirkət tərəfindən edilən rəsmi açıqlamaya görə, YouTube Kids ilə uşaqlar veb saytında vaxt keçirə biləcəklər. Bu vaxt qeyd edək ki, YouTube-da uşaqlar üçün mobil tətbiqetmə də var. Chip.az xəbər verir ki, videoya baxan platforma olan YouTube, artıq Kids app adlı uşaqlara məxsus mobil tətbiqetməyə malikdir. Bundan əlavə, veb saytı ilə uşaqlar masaüstünde bu xüsusi rəqəmsal dünyada vaxt keçirə biləcəklər. Açıqlamaya görə, sayt müxtəlif yaşlara görə kateqoriyalara bölünəcək. Əsas məqsəd 4 yaşlı bir uşağa maraqlı olavaq videoların 10 yaşlı uşaq üçün maraqlı olmayacağıdır. YouTube Kids veb saytı uşaqlara özləri üçün uyğun məzmun seçməyə kömək edəcəkdir. Veb saytın yaş aralığına baxdığımızda, 4 və 6, 5-7 və 8-12 yaş kateqoriyasını görürük. Məzmun seçilmiş yaş aralığına görə sıralanacaqdır. Eyni zamanda YouTube sizdən uyğunsuz hesab etdiyiniz məzmunları onunla bölüşməyinizi istəyir.

12 0

NASA, Yer ilə Mars arasındakı çox güclü bir elektromaqnit enerjisi səbəbindən Mars ilə əlaqənin bir müddət kəsiləcəyini bildirib. Chip.az xəbər verir ki, NASA-nın son hesabatlarına görə, Günəşdən və ya ətrafından yayılan güclü elektromaqnit enerjisi mənbəyi Yer və Mars arasında olacaqdır. Bu enerji səbəbindən Marsdakı bütün NASA kosmik gəmiləri gündəliklərini yerinə yetirə bilməyəcək və Yerdən ayrılacaq. NASA rəsmisi Roy Gladden "Nəqliyyat vasitələrimiz bu müddət ərzində Mars haqqında elm məlumatları toplamağa davam edəcək və bəziləri bu məlumatları evlərinə göndərməyə çalışacaqlar" deyə bildirib. Açıqlamaya görə, 28 Avqust - 7 Sentyabr tarixlərində Curiosity kəşfiyyat vasitəsi öz fəaliyyətini dayandıracaq və InSight eniş maşını robot qolu da daxil olmaqla bir sıra xüsusiyyətlərdən istifadə edə bilməyəcək. Kosmik gəmi NASA-nın planetdəki iki orbitinə məlumat göndərməyə davam edəcək; lakin bu məlumatlar birləşmə sonuna qədər Yerə göndərilməyəcəkdir. Bütün toplanmış və orbitə qaytarılmağa cəhd edilən məlumatlar, tam əlaqə bərpa edildikdən sonra iki dəfə yoxlanılmalıdır. Bundan əlavə, bütün digər Mars missiyaları sadə, passiv məlumat toplama tapşırıqlarına götürüləcək və fəaliyyətlərinə indilik fasilə veriləcəkdir. Marsda aktiv missiyaları olan digər kosmik agentliklərin heç biri bu 10 günlük yaxınlaşma dövrü üçün planlarını açıqlamayıb. Ancaq bu səssiz bir müddətdə oxşar məhdudiyyətlərə məruz qaldıqları görünür.

15 0

Huawei, İngiltərə, İsveç və Cənubi Koreya kimi ölkələrdə 5G texnologiyasında mühüm yer tutan yeni işi ilə bağlı ilk açıqlama verdi. Açıqlamaya görə, Huawei, 6G texnologiyası üçün Ar-Ge-yə başlayıb. Chip.az xəbər verir ki, Huawei 5G texnologiyası üzərində işləməyə davam edərkən 6G texnologiyasını da inkişaf etdirir. Mövzu ilə bağlı açıqlama verən Huawei Beynəlxalq Media İşləri üzrə vitse-prezidenti Joe Kelly şirkətin 2009-cu ildən bəri 5G-yə 5 milyard dollar sərmayə qoyduğunu deyib.Nəticəsi isə 5G, smartfonlar, baza stansiyaları və nəqliyyat şəbəkələridir. Kelly, hələ də dünyanın müxtəlif bölgələrinə 3G satdıqlarını və 3G-nin dörd il əvvəlkindən daha yaxşı olduğunu söyləyib. Buna səbəb 4G texnologiyası olub. Tədqiqatlar 3G texnologiyasına da uyğunlaşdırıla bilir. Kelli onu da əlavə edib ki, 5G, 4G üzərində qurulub. 4G texnologiyası ilk dəfə Norveçdə yayımlandıqda, Huawei də 5G texnologiyası üçün Ar-Ge işinə başlayıb. Kelly, Huawei 6G üzərində işləməyə başlasa da hazırda olduqca kiçik olduğunu da qeyd edib.

14 0

Robot yol polisi Çinin şimalındakı Hebei əyalətində xidmət etməyə başlayıb. Robot polislər ictimai sualları cavablandırır və qayda pozan sürücülərin şəkillərini çəkirlər. Chip.az xəbər verir ki, hər gün yeni bir süni intellekt məhsulu istehsal etdiyini eşitdiyimiz Çin, real dünyada tətbiq olunan yol polisi robotlarını istehsal edərək robototexnika və süni intellekt sahəsindəki təcrübəsini yenidən təqdim edib. Belə ki, robot yol polisi Çinin şimalındakı Hebei əyalətində xidmət etməyə başlayıb. Bu trafik robotları Big Data, Süni intellekt, Cloud Computing və Lazer based Naviqasiya tətbiqetmələrini birləşdirərək yaradılıb. Çinin şimalındakı Handan İctimai Təhlükəsizlik Bürosu bu həftənin əvvəlində real həyatda üç fərqli robotdan istifadə edir. Bu üç trafik robotunun hər biri müəyyən bir funksiya və məqsəd üçün hazırlanmışdır. Birinci növ robot sarı bir forma və ağ şapka ilə ağıllı görünən yol patrul robotudur. Nəqliyyat vasitələrində sürücüləri müəyyənləşdirə bilən bu robotlar, sürücülərin qaydalara əməl etmədikləri təqdirdə dəlil təqdim etmək üçün fotoşəkillər çəkirlər. İkinci növ robot insanların əsas suallarına cavab verən və getdikləri istiqamətə yol göstərən robotdur. Üçüncü tip robot qəza xəbərdar edən robotdur. İnsanlardan fərqli olaraq, bu robotlar gün ərzində heç bir fasilə verməyərək 24/7 çalışacaqlar.

14 0

WhatsApp, yeni nəsil iPhone sahiblərinin çox bəyəndiyi memoji xüsusiyyət üçün iOS beta tətbiqinə etiket dəstəyi əlavə edib. WhatsApp iOS istifadəçiləri artıq öz memoji etiketlərini yarada biləcəklər. Chip.az xəbər verir ki, dünyanın məşhur mesajlaşma tətbiqi olan WhatsApp həm iOS, həm də Android istifadəçiləri üçün mobil tətbiqini təkmilləşdirir. WhatsApp əsasən hər iki əməliyyat sistemi üçün eyni xüsusiyyətləri təklif etsə də, lakin bəzi xüsusiyyətlər bir platformadan əvvəl, digərində ola bilir və ya WhatsApp tərəfindən dəstəklənir. WhatsApp, TestFlight vasitəsilə iOS beta tətbiqi üçün yeni bir yeniləmə təqdim edərək WhatsApp istifadəçisi olan iPhone sahiblərinin məmnun olacağı bir xüsusiyyət ortaya qoyub. İOS 12 ilə çıxan memoji xüsusiyyət indi WhatsApp tərəfindən dəstəklənəcəkdir. Başqa sözlə, iPhone X və daha yeni iPhone modelləri olan WhatsApp istifadəçiləri, memoji xüsusiyyətindən istifadə edərək öz WhatsApp etiketlərini yarada biləcəklər. Apple, iPhone X ilə birlikdə animoji adlı bir xüsusiyyəti açıqlayıb. Animoji, Apple-ın TrueDepth kamerası vasitəsi ilə sahibinin üzünə artan reallıq effekti kimi təqdim etdiyi bir neçə emoji simvolu əlavə edir. İPhone Xs, iPhone Xs Max və iPhone XR ilə təqdim olunan memojilər eyni texnologiyanı istifadə edirdilər, ancaq bu dəfə istifadəçilər müəyyən emojilər istifadə etmək əvəzinə öz simalarını emojilər halına gətirə biləcəklər. İndi WhatsApp istifadəçiləri bu texnologiyadan istifadə edərək öz etiketlərini yarada bilərlər. WhatsApp, hazırda iOS beta istifadə edənlərə memoji etiket dəstəyi təklif edir. WhatsApp 2.19.90-ın növbəti rəsmi yeniləməsində bütün istifadəçilərə memoji dəstək təqdim edəcək. WhatsApp-ın Android istifadəçiləri üçün bu və ya oxşar bir xüsusiyyət təqdim etməsi gözlənilmir.

18 0

Tədqiqatçılar kosmosdakı digər ulduzların ətrafında fırlanan planetlərin iqlimini müəyyənləşdirmək üçün çalışır. Bu araşdırmalara görə, bəzi planetlərdə həyat planetimizdə olduğundan daha ümumi və fərqli ola bilər. Chip.az xəbər verir ki, NASA-nın iqlim modelindən istifadə edərək ABŞ tədqiqatçıları uzaq ulduzlar ətrafında fırlanan ekzoplanet adlı planeti araşdırıblar. Tədqiqatlarda daha sıx bir atmosferi olan, ox ətrafında daha yavaş fırlanan və daha təsirli okeanların yerləşə biləcəyi qitələrə sahib olan göy cisimləri tapılıb. Bu həyat üçün daha uyğun bir okean deməkdir. Ancaq bütün planetlərin okeanları olsa da, bu okeanlar həyat üçün eyni dərəcədə uyğun deyildir. Bəziləri digərlərindən daha uyğun ola bilər. Tədqiqatçılar bu vəziyyətdən xəbərdar olaraq ən yaxşı okean dövranı olan planetləri kəşf etməyi hədəfləyirlər. Aparılan araşdırmalara görə, kainatda Yerdən daha çox yaşamaq üçün daha əlverişli şərtlərə sahib başqa planetlərin olması mümkündür. Belə ki, qalın bir atmosferi və daha yavaş bir dönüşü olan planetlərin həyat üçün daha əlverişli olduğu məlum olub. Tədqiqatın nəticələri 2019-cu il Goldschmidt konfransında açıqlanıb.

7 0

İnstagram-da çox sayda reklam olduğunu hər gün görürük. Yayılan məlumatlara görə, Facebook, Instagram-ın reklam nisbətinin keçən il ilə müqayisədə iki qat artırılmasını əmr edib. Chip.az xəbər verir ki, "The Information" da yayımlanan məlumata görə, Facebook rəhbərləri keçən il İnstagramdakı reklam nisbətlərinin sayını "təxminən iki qat" artırmağı tapşırmışdılar. Hesabatda Facebook-un son iki ildə İnstaqram üzərində daha böyük nəzarəti, şirkətin tətbiqetmənin adını dəyişməsi və İnstaqramın trafiki ilə məşğul olmaq planı da daxil olmaqla bir çox təfərrüatlar yer alıb. Ancaq bu detalların ən diqqət çəkicisi Facebook rəhbərlərinin İnstaqrama reklam sayını artırmağı tapşırmasıdır. Şirkətin CEO-su Mark Zuckerberg, İnstagram-ın 'Kəşf et' bölməsini, tətbiqlərin reklam yükünü azaltmaq üçün bir fürsət olaraq dəyərləndirmişdir. İnstagram reklamları bu ilin iyun ayına qədər kəşf et bölməsinə daxil olmamışdı, amma iyun ayında edilən yenilənmə ilə reklamlar kəşf et bölməsində görünür. Facebook reklamlar sayəsində inanılmaz pul qazanır, lakin bu gəlirlərdə Instagram-ın payı Facebook ilə müqayisədə aşağı olaraq qalır. Facebook, Instagram-ın reklam gəlirini Facebook-a yaxınlaşdırmaq istəyir. Bu səbəbdən son vaxtlar daha çox reklam görürük.

21 0

Dünyanın bir sıra ölkələrində Amerikanın “Google” axtarış sisteminin işində problemlər müşahidə olunub. İnsider.az xəbər verir ki, bu barədə internet resursların işini izləyən məşhur “Downdetector” xidmətinin səhifəsində bildirilib. "Google işində nasazlıqlar ABŞ-ın Şərq sahili vaxtı üzrə saat 20:21-dən müşahidə olunur”, - deyə xidmətin xəbərində qeyd edilib. Nasazlıqlardan ən çox şikayətlər ABŞ istifadəçilərindən daxil olub. Həmçinin Yaponiya, Latın Amerikası (Peru, Braziliya, Meksika) və Avropa (Belçika, İspaniya) ölkələrinin internet istifadəçiləri “Google”nin işindən narazılıqediblər.

19 0

Instagramın baş direktoru Adam Mosseri  BBC Radio 1in Newsbeat adlı proqramına qoşulub. Chip.az xəbər verir ki, Selena Gomezin tətbiqi telefonundan tətbiqi silməsi haqqında danışan Mossen Gomezin bu qərarından dolayı xəyal qırıqlığı yaşadığını və bundan üzüldüyünü ifadə edib. Mosseri “Platforma haqqında xüsusi bir detalı bəyənmirsə bu barədə danışmaq, müzakirə etmək  istərdim. Biz tənqidlərə açığıq” Bilindiyi kimi Selena Gomez yaxın zamanlarda Instagram hesabını dondurduğunu və bir şey paylaşmaq istəsə köməkçisinin hesabını idarə edəcəyini bildirib. Gomez Instagramın özünə inamını azaltdığını  ifadə edərək bu tətbiqdən çox istifadənin gənclərə zərər verdiyini və tətbiqin özünə də mənfi təsir etdiyini qeyd edib. “Yorumlara  zaman sərf etmək  o qədər də yaxşı deyil. Görünüşüm haqqında fikirləri oxumaq mənə çox pis təsir edir” Selena Gomez kimi sənətçilər sosial media platformalarında önəmli statusa malikdirlər. Onlar çox sayda izləyicilərə sahibdirlər və izləyicilərinə yüksək təsir göstərirlər. Adam Mosserinin bəyanatları da bu təsir gücünə bağlı ola bilər.

PEOPLE ALSO VIEWED

Looking for the next influencer in Azerbaijan to work with?
Have you considered to work with the following influencers?

52.2K
-
-
Azerbaijan
75.8K
-
-
Azerbaijan Fashion
41.6K
-
-
Azerbaijan
30.1K
-
0.20 %
Azerbaijan
22.2K
-
0.10 %
Azerbaijan
105.1K
-
0.90 %
Azerbaijan
40.8K
-
-
Azerbaijan
58.1K
-
0.10 %
Azerbaijan Shoes
29K
-
0.30 %
Azerbaijan Beauty
33.9K
-
3.90 %
Azerbaijan Fashion, Lifestyle, Modeling
21.2K
-
-
Azerbaijan
50.8K
-
0.30 %
Azerbaijan Styling, Hair Salons, Art
3.9K
22 / post
0.10 %
Azerbaijan Travel, Nature & Outdoors, Architecture, Photography
10.3K
199 / post
3.70 %
Azerbaijan Photography, Architecture, Film, Music & Books, Nature & Outdoors
140.8K
-
1.30 %
Azerbaijan