Axsamaz's Instagram Audience Analytics and Demographics

@axsamaz

Azerbaijan

ƏLAQƏ: (050) 348 15 11
inf▓▓▓▓▓@axsam.az
+99▓▓▓▓▓40
Azerbaijan
25–34

Business Category

Publishers

Get Our Influencer Rate Card Today!

A brand new way for you to compare the rates of influencers across the world.

Learn More

PROFILE OVERVIEW OF AXSAMAZ

46.8% of axsamaz's followers are female and 53.2% are male. Average engagement rate on the posts is around 0.03%. The average number of likes per post is 176 and the average number of comments is 6.

Axsamaz loves posting about Entertainment and Music, News.

Check axsamaz's audience demography. This analytics report shows axsamaz's audience demographic percentage for key statistic like number of followers, average engagement rate, topic of interests, top-5 countries, core gender and so forth.

Followers
650,508
Avg Likes
176
Avg Comments
6
Posts
23,225

GENDER OF ENGAGERS FOR AXSAMAZ

Female
46.8 %
Male
53.2 %

AUDIENCE INTERESTS OF AXSAMAZ

  • Beauty & Fashion 48.86 %
  • How-to & Style 46.27 %
  • Art & Design 44.39 %
  • Business & Careers 43.59 %
  • Photography 37.89 %
  • Travel & Tourism 36.90 %
  • Technology & Science 34.85 %
  • Entertainment 34.63 %
  • Home & Garden 32.60 %
  • Fitness & Yoga 31.69 %
  • Sports 31.29 %

RECENT POSTS

108 4

Türkiyəli aktrisa Eda Ece basketbolçu sevgilisi Buğrahan Tuncerlə ailə həyatı qurub. Axşam.az xəbər verir ki, aktrisa bu gün İstanbuldakı yeddi ulduzlu hotellərin birində nikah masasına əyləşib. Cütlüyün toyundan fotolar sosial şəbəkədə yayılıb. Eda Ecenin gəlinliyi məşhur modelyer Zuhair Murada, zinət əşyaları isə "Tiffany & Co" markasına məxsusdur. Qeyd edək ki, cütlük 4 ildir birlikdədir.

420 53

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə anası ilə birlikdə həmkarı Eda Ecenin toyunda iştirak edir. Axşam.az xəbər verir ki, aktrisa məclisdən fotolarını sosial şəbəkədə paylaşıb. Diqqət çəkən məqam isə Cavadzadənin geyimi olub. Onun Qara libasın sinə hissəsi yalnız mirvarilərlə bəzədilib. Aktrisanın geyimi sosial şəbəkədə müzakirələrə səbəb olub.

70 2

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun ilk solo konserti bir sıra maraqlı məqamlarla yadda qalıb. Klarnet ifaçısını dinləyən tamaşaçılar arasında II Qarabağ müharibəsi qaziləri çoxluq təşkil edib. Ən yaddaqalan məqam isə konsertin sonunda “Zəngəzur yallısı” ifa olunan zaman bütün qazilərin səhnəyə çıxması olub. Qeyd edək ki, “Zəngəzur yallısı”nın bəstəkarı Xalq artisti Brilliant Dadaşovanın atası Süleyman Dadaşovdur.

193 4

Əməkdar artist Mətanət İsgəndərli nəvəsi Tuncaya ad günü edib.  Axşam.az xəbər verir ki, məclis şəhər restoranlarından birində baş tutub. Məclisdə müğənninin bir müddət əvvəl qalmaqal yaşadığı keçmiş gəlini Canana da yer alıb.  İsgəndərli gecədən görüntünü izləyiciləri ilə bölüşüb.  Qeyd edək ki, Tuncay ifaçının oğlu Kərimin övladıdır. Kərimin birinci nikahdan 3 övladı var. O, Canana ilə qalmaqallı şəkildə boşanıb və ikinci dəfə ailə qurub.

64 1

"Rəqabət yaxşıdır. Öz dövrümdə nömrə bir idim, elə də qalmışam. Məndən sonra elə prodüser olmayıb ki, gündəmi zəbt etsin: müğənnilərlə qalmaqalı olsun. Şou-biznesin mərkəzində olmuşam. Kənarda əlimdə çanta və disk gəzməmişəm". Axşam.az xəbər verir ki, bu sözləri prodüser Tarix Əliyev (Tolik) "Özəl" verilişində deyib. O, şou-biznesdəki prodüser qıtlığından danışıb.  "Azərbaycanda prodüserlər yox dərəcəsindədir. Olanları prodüser kimi görmürəm. Çünki onların fikri müğənnini toya aparıb, faizini, 100 manatını almaqdır. Hamı özünə prodüser deyir. Heç prodüser sözünün "p" hərfini bilməyənlər bundan danışır. Nadir Qafarzadə Rusiyaya getdi, prodakşın onun üstünə pul da qoydu, adını da dəyişdi. Amma heç nə olmadı" deyə, Tolik əlavə edib.

543 7

"Yeşilçam"ın unudulmaz aktyorları Ediz Hun və Türkan Şoray bir araya gəlib. Axşam.az xəbər verir ki, ikili İstanbulda tədbirlərin birində görüşüb. E.Hun və T.Şoray birgə rəqsləri ilə də diqqət çəkiblər. Qeyd edək ki, aktyorlar "Tatlı meleğim", "Güllü", "Çile", "Seven kadın unutmaz", "Gençlik rüzgarı" kimi seriallarda rol alıblar.

56 5

Dahi dramaturq Cəfər Cabbarlının nəvəsi Altay Abbasov vəfat edib. Axşam.az xəbər verir ki, bu barədə C.Cabbarlının nəticəsi Orxan Bağırov məlumat yayıb. Altay Abbasov 66 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, Altay Abbasov yazar Seyfəddin Dağlının və Gülarə Cabbarlının övladı idi. O, uzun müddət ədliyyə sistemində çalışıb.

46 2

"İnsanlarda yanlış təəssürat yaranmasın: tamaşaçılarım bilsinlər və əmin olsunlar ki, bu illər ərzində mən yalnız kütləvi və pop musiqisi ilə məşğul olmadım. Yaşıdlarım kimi bir istiqamətdə iş aparmadım. Özümü musiqiçi kimi daim püxtələşdirdim: caz, hip-hop, pop, folk, rok, muğam və digər janrları ilə peşəkar məşğul olmuşam". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova "Dikdaban" verilişində deyib. Sənətçi səhnədən uzaqlaşması haqda deyilənlərə cavab verib. Elnarə bildirib ki, ailə qurduqdan sonra sənətdən uzaqlaşması iddiaları yanlışdır: "Pop ifa etmirəmsə, o demək deyil sənətdən aralanmışam, başım ailəyə qarışıb, övlad dünyaya gətirmişəm. Onu da, bunu da etmişəm. Təkcə yutub kanalıma baxsanız, görərsiniz ki, ayda 1 məhsul var. Bu məhsuldarlığı bu gün - 2023-cü ildə özümdən başqa digər həmkarlarımda görmürəm. Söhbət yaşıdlarımdan gedir. İnanmıram bundan sonra da görəm. Bunu etmək üçün vaxt, maddi və mənəvi təminat, istək, əmək və enerji lazımdır. Hamısı şərtdir. İstəmirəm tamaşaçılarım bilsin ki, tənbələm, dünyaya övlad gətirib başımı balışa atıb yatmışam. Heç vaxt səhnəni tərk etməmişəm. Hər zaman peşəkar musiqi ilə məşğul olmuşam. Pedoqoqam, iki ali təhsilim var. Cazdan, muğamdan, rokdan, popdan dərs deyə bilirəm".

371 16

"Palmali Holding" şirkətinin prezidenti Mübariz Mənsimovun ötən gün dünyasını dəyişən atası Qurban Mənsimovla İstanbulda vida mərasimi keçirilib. Axşam.az xəbər verir ki, "Levent Cami"sində mərhum üçün cənazə namazı qılınıb. Mərasimdə mərhumun ailə üzvləri, yaxınları, Mübariz Mənsimovun dostları iştirak ediblər. Türkiyəli müğənni Mahsun Kırmızıgül də vida mərasimində iş adamını tək qoymayıb. Mərasimdən sonra mərhumun nəşi dəfn olunmaq üçün Azərbaycana göndərilib. Qeyd edək ki, Qurban Mənsimov ötən gün İstanbulda müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Bu gün saat 18:00-da Keşlə qəbiristanlığında dəfn ediləcək. İş adamının Türkiyəni tərk etməməyi ilə bağlı qərar hələ də qüvvədə olduğu üçün Mübariz Mənsimov atasının Bakıda baş tutacaq dəfn mərasimində iştirak edə bilməyəcək.

345 7

Türkiyəli aktyor Doğukan Polat yeni eşqə yelkən açıb.  Axşam.az xəbər verir ki, aktyorun həmkarı Selen Özbayrakla sevgili olduğu iddia edilib. Cütlük arasında 11 yaş fərqi var. Qeyd edək ki, Doğukan və Selen "Yalı çapkını" serialında rol alıblar. "Fuat" obrazını canlandıran aktyor ekran işindən ayrılıb.

71 2

İstehsalat məntəqəsində mühafizəçinin aldığı xəsarətlərdən ölməsi faktına görə cinayət işi başlanılıb. Axşam.az xəbər verir ki, bu barədə Sabirabad Rayon Prokurorluğu məlumat yayıb. Bildirilib ki, iyunun 4-də Sabirabad Sənaye Məhəlləsində yerləşən gübrə istehsalı məntəqəsində mühafizəçi, 1988-ci il təvəllüdlü Nurlan Cəbrayılovun müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə  rayon prokurorluğuna məlumat daxil olub. Müəyyən edilib ki, həmin gün saat 23 radələrində üzərinə yüksək temperaturlu gübrə məhlulunun tökülməsi nəticəsində Nurlan Cəbrayılov yanıq xəsarətləri alıb və iyunun 20-si müalicə aldığı xəstəxanada ölüb.  Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İbtidai istintaq davam etdirilir. Qeyd edək ki, "qafqazinfo"nun məlumatına görə, vəfat edən N.Cəbrayılov mərhum xanəndə Eynulla Cəbrayılovun nəvəsidir.

60 10

Müğənni Günel Zeynalova Zaqatalada itləri güllələyərək öldürən şəxslərlə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, həmin videonu yayımlayan sənətçi bunları yazıb: "Yaradılanın ən şərəflisi və üstünü olan insandan gözlənilən Allahın yaratdığı hər varlığa şəfqət və mərhəmətlə yanaşmaqdır. Rəsulullah təkcə insanlara yox, bütün canlılara qarşı mərhəmətli olunmasını istəyir. Bir hədisdə deyilir: Allahın Rəsulu qarnı belinə yapışan dəvə görəndə "Bu dilsiz heyvanlar haqqında Allahdan qorxun. Onlara gözəl minin və onlardan faydalanın" sözlərini deyib. Siz də Allahdan qorxun. Yazıqlar olsun". Sözügedən videonu Türkiyənin məşhur Heyvanları Qoruma Dərnəyi paylaşaraq "Azərbaycanda qətliam var" sözlərini yazıb. 1,1 milyon izləyicisi olan səhifə hər kəsi vidonu yayımlamağa, heyvanlara edilən zülmün qarşısının alınmasına çağırıb.  Qeyd edək ki, bir neçə gündür sosial şəbəkədə bir qrup şəxsin itləri güllələyərək öldürdüyü əks olunan video müzakirələrə səbəb olub.

* Copyright: Content creators are the default copyright owners. These Images are published on public domains and respective social media for public viewing.

PEOPLE ALSO VIEWED

66K
-
1.39 %
Azerbaijan Entertainment and Music
7.1K
-
0.21 %
Azerbaijan Home and Garden, Business and Finance
28.2K
-
0.50 %
Azerbaijan Beauty and Self Care
105.7K
-
0.10 %
Azerbaijan
17K
-
0.25 %
Azerbaijan Home and Garden
1.3K
-
2.80 %
Azerbaijan Business and Finance, Marketing and Advertising
6.9K
-
0.53 %
Azerbaijan Product Education, Marketing and Advertising
20.3K
-
0.16 %
Azerbaijan Arts and Crafts, Education
50.3K
-
0.12 %
Azerbaijan Health and Medical Services, Pets
2.6K
-
1.24 %
Azerbaijan Education
30.6K
-
0.06 %
Azerbaijan Beauty and Self Care
16.3K
-
0.32 %
Azerbaijan Fashion and Accessories, Health and Medical Services, News
30.5K
-
13.17 %
Azerbaijan Home and Garden, Business and Finance
429.8K
-
0.30 %
Azerbaijan Food, Lifestyle
9.3K
-
0.70 %
Azerbaijan Travel